Modern.az

Bakıda “Fəal ol!” festivalı

Bakıda “Fəal ol!” festivalı

Aktual

4 Aprel 2013, 16:32

Aprelin 6-da paytaxtın Nərimanov rayonunda yerləşən S. Xasıyev adına parkda Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş “Fəal ol! Sağlam ol! Həyat boyu qalib ol!” şüarı altında Sağlamlıq Festivalı keçiriləcək. Bu Festival “Sağlamlıq – bizim hüququmuzdur” şərti adı altında cari ilin aprel-may aylarında keçiriləcək aylığının başlanğıcıdır.

Tədbir Gənclər və İdman Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə əməkdaşlığı ilə keçirilir.

Modern.az xəbər verir ki, festivalın keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndində əks olunmuş gənclər arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliğ edilməsidir.

Festivalda Bakı şəhərinin müxtəlif məktəblərinin şagirdlərinin iştirakı ilə fiziki aktivliklə bağlı bir sıra yarışlar keçiriləcək. Yarışlarda  orta məktəb şagirdləri ilə bərabər sağlamlıq imkanları məhdud olan uşaqlar da iştirak edəcəklər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan