Modern.az

Hüseynbala Mirələmov oxucuları ilə görüşüb - FOTOLAR

Hüseynbala Mirələmov oxucuları ilə görüşüb - FOTOLAR

Aktual

4 Aprel 2013, 17:57

Neftçala İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Mədəniyyət və İncəsənət sarayında Azərbaycanın ictimai-siyasi xadimi, millət vəkili, yazıçı-publisist Hüseynbala Mirələmovun oxucuları ilə görüşü keçirilib. Tədbir mərhum prezident Heydər Əliyevin 90 illiyi münasibətilə keçirlən silsilə tədbirlər siyahısına daxildir.

Ədibin bu günə qədər Moskvanın "Molodaya qvardiya" nəşriyyatında nəşr edilən "Görkəmli adamların həyatı" seriyasından “Heydər Əliyev”, “Zərifə Əliyeva” və “İlham Əliyev” haqqında üç kitabı, “Güllələnmiş heykəllər”, “Durnalar qayıtdı”, “Son arzu”, “Tənha durna uçuşu”, “Simuzər”, “Babadil əfsanəsi”, “Gəlinlik paltarı”, “Qırxıncı otaq”, “Xəcalət”, “Cəza”, “Yanan qar” və başqa əsərləri işıq üzü görüb.

Qeyd edək ki, “Görkəmli adamların həyatı” seriyasından H.Mirələmovun monoqrafiyaları 23 dildə işıq üzü görməklə bərabər 10-min tirajlarla çap olunaraq təmənnasız oxuculara təqdim olunub. Yaradıcılıq gecəsində yazıçının “Sonuncu Fateh”, “Gəlinlik paltarı”, “Qırxıncı otaq”, Nizaməddin Şəmsizadənin səbəbkarın yaradıcılığına həsr etdiyi “Yazıçı ömrünə uvertüra” əsərləri və eləcə də “Görkəmli adamların həyatı” silsiləsindən Heydər Əliyev, Zərifə Əliyeva və İlham Əliyevin həyatına həsr etdiyi kitabların sərgisi təşkil olunub.

İcra hakiminin birinci müavini Gültəkin Sadıqova qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar prezident tərəfindən imzalanmış sərəncama əsasən hazırlanan silsilə tədbirlər proqramının ilk icrasına başlayan məhs Neftçala rayonu olub.

Tədbirdə Neftçala sakinləri ilə yanaşı, millət vəkilləri-Hadı Rəcəbli, Nizami Cəfərov, Eldar İbrahimov, Neftçala rayon icra hakimi İsmayıl Vəliyev, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə və Azərbaycan jurnalının baş redaktoru İntiqam Qasımzadə iştirak edib.

Səbəbkar Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ölkədə ilk silsilə tədbirlərə start verən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevə öz təşəkürünü bildirib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan