Aİ prezidenti Azərbaycan və Ermənistana müraciət etdi: “Vəziyyəti gərginləşdirməyin!”
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy «The Business Year» jurnalına verdiyi müsahibədə Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən gərgin vəziyyət barədə tərəflərə mesaj göndərib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Herman Van Rompuy Dağlıq Qarabağ münaqişəsinin necə həll edilməsinə dair xüsusi planlarından söz açıb.
Aİ prezidenti bu istiqamətdə Azərbaycan və Ermənistan üçün Madrid prinsiplərinin qaçılmaz olduğunu vurğulayıb. Rompeyun sözlərinə görə, Madrid prinsipləri sülh üçün həqiqi qanundur və bu prinsiplər ATƏT-in Minsk qrupunun və hər iki ölkənin üzərinə götürdüyü vəzifələrinə da uyğun gəlir. Rompuy daha sonra tərəfləri vəziyyəti gərginləşdirməməyə çağırıb.
“Təhlühə və güc tətbiqi münaqişənin həllinə xeyir gətirməyəcək”-deyə Aİ prezidenti bəyan edib. Rompuy həmçinin qeyd edib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyib və bundan sonra da öz köməyini əsirgəməyəcək.
“Müqavilənin əldə edilməsi üçün zamana ehtiyac var. Bu baxımdan qarşılıqlı etimad olmadan heç nə etmək olmaz. Etimad münaqişənin həllində ilk addımdır”.
Anar RÜSTƏMOV