Ermənistan və Rusiya uzunmüddətli strateji tərəfdaşlıq və müttəfiqlik üçün möhkəm zəmin yarada biliblər.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda keçirilən Beynəlxalq Forumun qonaq sessiyasının açılışındakı müraciətində deyilir.
Açılışda müvafiq mesajı Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin oxuyub.
"Son onilliklər ərzində biz möhkəm dostluq və qarşılıqlı rəğbət tellərinə arxalanaraq, biz bir-birimizlə dostluq münasibətləri qurmağa nail olmuşuq. Bu, uzunmüddətli strateji tərəfdaşlıq və müttəfiqlik üçün möhkəm zəmindir”, - deyə rusiyalı nazir vurğulayıb.