Modern.az

Ermənistan sərhəd döyüşlərinin istintaqına başladı - həbslər olacaq

Ermənistan sərhəd döyüşlərinin istintaqına başladı - həbslər olacaq

Aktual

2 Noyabr 2022, 09:43

Ermənistanın istintaq orqanları 13 və 14 sentyabr tarixlərində baş vermiş sərhəd döyüşlərilə bağlı ciddi araşdırmalara başlayıb.

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

Məlumata görə, istintaq orqanları hərbi hissələrin şəxsi heyətini dindirməyə başlayıb və iki gün ərzində Azərbaycan Ordusunun  bu qədər mövqe üstünlüyünə malik olmasının niyə və necə baş verdiyini  anlamağa çalışır.


Qəzetin məlumatına görə,  yaxın vaxtlarda 13 və 14 sentyabr tarixlərində baş vermiş döyüşlərlə bağlı səhlənkarlığa yol vermiş yüksək rütbəli hərbçilərin həbsi  gözlənilir.

İlk ittiham artıq ortadadır. Belə ki, N saylı hərbi hissənin yardım məntəqəsinin rəisi döyüşlər zamanı hərbi hissə komandirinin əmrinə tabe olmaqdan boyun qaçırmaqda ittiham olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı