Modern.az

İndi sülh zamanıdır - Türkiyənin erməni deputatından ÇAĞIRIŞ

İndi sülh zamanıdır - Türkiyənin erməni deputatından ÇAĞIRIŞ

Aktual

2 Noyabr 2022, 16:50

Türkiyə Böyük Millət Məclisində Xalqların Demokratik Partiyasını (HDP) təmsil edən erməni əsilli deputat Karo Paylan tviter hesabında diqqətçəkən paylaşım edib.

 

Modern.az xəbər verir ki, Ermənistanda səfərdə olan deputat Ağrı dağının ətəyində lentə alınmış fotosunu paylaşaraq, Bakı və İrəvanı sülhə çağırıb.

 

"Mən Ağrı dağının erməni tərəfindən Türkiyəyə qayıdıram. İndi Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması və Türkiyə-Ermənistan sərhədinin açılması zamanıdır.


Biz hamımız müharibələrdə məğlub olmuşuq. İndi sülh üçün təkan vermək və bütövlükdə qalib gəlmək lazımdır" - paylaşımda deyilir.

 

Qeyd edək ki, deputat Karo Paylan Ermənistana səfəri çərçivəsində bu ölkənin rəhbər şəxsləri ilə görüşlər keçirib, Ermənistan-Türkiyə münasibətlərinin normallaşma prosesi barədə danışıqlar aparıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı