Modern.az

Pelosinin ərinə hücum edən şəxslı bağlı qərar verildi

Pelosinin ərinə hücum edən şəxslı bağlı qərar verildi

Aktual

2 Noyabr 2022, 17:22

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosiyə çəkiclə hücum edən Devid DePape barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Modern.az xəbər verir ki, hücum edən şəxs San-Fransiskoda Ali Məhkəmə qarşısına çıxarılıb.

 

O, günahsız olduğunu iddia etsə də, hakim DePapenin zaminə buraxılmadan həbs-qətimkan tədbiri seçilməsinə qərar verib.

 

DePape-nin vəkili Adam Lipson polis hesabatlarını görmədiyini deyib və müvəkkili ilə qısa söhbət etdyini bildirib.

 

Qeyd edilib ki, adam öldürməyə cəhd və dövlət məmurunu hədələmək ittihamları ilə mühakimə olunan şəxsi 13 il həbs cəzası gözləyir. Növbəti məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.

 

Xatırladaq ki, Pol Pelosi 28 oktyabrda San Fransiskodakı evində DePape tərəfindən çəkiclə hücuma məruz qalıb. Onun baş nahiyyəsində qırıq, sağ qolunda və əllərində müxtəlif yaralar təsbit edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı