Modern.az

Taxıl dəhlizinin fəaliyyəti tam normallaşıb

Taxıl dəhlizinin fəaliyyəti tam normallaşıb

Aktual

3 Noyabr 2022, 13:16

Rusiya taxıl müqaviləsinə qayıtdıqdan sonra Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün dəhlizin fəaliyyəti tam normallaşıb.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

 

“Biz Ukraynadan yazılı zəmanət aldıqdan və Rusiya tərəfinə təqdim etdikdən sonra taxıl ixracı mexanizmi üzrə fəaliyyətinin bərpası qərara alındı. Hazırda dəniz dəhlizinin fəaliyyəti tamamilə normallaşıb”, - deyə Hulusi Akar bildirib.

 

Nazir, həmçinin Ankaranın noyabrın 19-da başa çatacaq taxıl müqaviləsinin uzadılması ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.

 

Xatırladaq ki, oktyabrın 29-da Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının daşınmasının reallaşdırılması üzrə sazişdə iştirakını dayandırdığını elan etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı