Modern.az

İstanbul NS-də tibbi xidmət almaq istəyənlərin NƏZƏRİNƏ!

İstanbul NS-də tibbi xidmət almaq istəyənlərin NƏZƏRİNƏ!

Aktual

3 Noyabr 2022, 14:40

İstanbul NS Klinika 2009-cu ildən etibarən əhalinin xidmətindədir. Klinikada tibbin geniş sahələri yer almaqdadır.

 

Anesteziologiya Və Reanimasiya

 

Cərrahiyyə

 

Damar Cərrahiyəsi

 

Plastik, Estetik Və Rekonstruktiv Cərrahiyyə

 

Üz-Çənə Cərrahiyyəsi

 

Travmatologiya Və Ortopediya

 

Rinoplastika

 

Neyrocərrahiyyə kimi xidmətlər verilməkdədir.

 

- İnsan həyatı və sağlamlığına son dərəcə önəm verən klinikamız tibbin ən son avadanlıqları ilə təchiz edilmişdir. Klinikamızda xidmət göstərən personallarımız və həkim kollektivimiz öz işlərində peşəkardırlar. Yerli və xarici təhsilə malik həkimlərimizlə daim xidmətinizdəyik. Müxtəlif səbəblərdən olduğu yeri tərk edə bilməyən şəxslər üçün çağırış xidmətimiz də mövcuddur. Çağırışla istədiyiniz məkana gələrək test nümunələri götürülür. Klinikamızda analiz edilərək  qısa zamanda cavablar göndərilir. Bundan başqa müasir avadanlıqla təchiz edilmiş təcili tibbi yardım xidmətimiz də mövcuddur.

 

- Damar Cərrahiyəsi ilə müalicə metodları.

 

Günümüzdə marağa səbəb olan müalicə üsullarından biri də damar cərrahiyyəsidir. Klinikamızda geniş əhatəyə malik sahələrdən biri də damar cərrahiyyəsidir. İstanbul NS Klinikası Damar Cərrahiyəsi şöbəsində xəstələrimizin minimal əməliyyat izi ilə müayinə olunmasına diqqət edilir. Belə ki, kəsmə əməliyyatı aparılmadan genişlənmiş damarları radiofrekanslar, lazerlər vasitəsiylə müalicə edilir. Proses həyata keçirilərkən dərinin təbii görüntüsünə və sağlamlığına heç bir zərər gəlmir. Xəstələrimiz ağrısız şəkildə, incinmədən əməliyyat prosesinə alınır. Məhs bu üsulla xəstədən ümumi anesteziya alınmır və o, 2 saat sonra aktiv həyat fəaliyyətinə qayıda bilir.

 

- Müxtəlif dəri problemlərinizi dermatologiya şöbəmizə həvalə edə bilərsiniz.

 

Dəri insanın duyğu orqanlarından başlıcasıdır. Orqanizmimizin ən böyük ölçülü orqanı olan dərimiz müxtəlif qalınlıq və hissiyata malikdir. İsti, soyuq, bərk, yumşaq, deformasiyalı, hamar və sair kimi obyekt haqqında informasiyanı beynimizə çatdıran məhs dərimizdir. Dərimiz ümumi bədən örtüyümüzü əmələ gətirdiyi üçün bilavasitə xarici mühitlə təmasda olur.  İstanbul Ns Klinika Dermatovenerologiya şöbəsi dəri xəstəliklərinin müasir və dəqiq diaqnostikasını aparır. Klinikamızdakı müalicələr ən son müalicə protokollarına əsasən həyata keçirilir. Müalicəsi nisbətən çətinlik törədən xəstəliklərdə uzun müddətli, mütəmadi remissiyalar götürülür. Dermotoskopiya ilə nevusların (xal və əkələrin) diaqnostikası aparılır. 6 ay və 1 illik periodlarda nəzarəttə saxlanılır, onkoloji olanlar dərhal aşkarlanır və ola biləcək ağırlaşdırıcı faktorların qarşısı alınır. Bəzi dəri xəstəlikləri və narahatlıqları allergik və genetik ola bilər. Bu sinifdən olan xəstəliklərin diaqnostikası allergik testlərlə aparılır və səbəbləri müəyyən edilir.

 

- Fizioterapiya şöbəmizin köməyi ilə ağrısız həyata qayıdın

 

İstanbul NS Klinika fizioterapiya və reabilitasiya şöbəsinin ixtisaslı həkimləri hər bir xəstəyə individual yanaşır. Onların məqsədi xəstəlik növündən və dərəcəsindən aslı olaraq müalicə sonrası arzuolunan nəticə əldə etməkdir. Həkimlərimiz müalicə öncəsi kompleks müayinələr edərək xəstə və xəstəliyi haqqında dolğun informasiya toplayırlar. Sonrasında isə düzgün və əksiksiz müalicə sxemi tərtib edirlər. Bu üsulla xəstə təkcə ağrıdan azad olmur, həmçinin, ağrıya səbəb olan amillər aradan qaldırılır.

 

- Estetika sahəsində uğurlarımızın simvolu olan Plastik Estetik Cərrahiyyə

 

İstanbul NS klinikasının Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə şöbəsi insan vücudundakı qüsurların müalicəsi üçün xidmət göstərir. Qəza, xəstəlik və anadangəlmə qüsurlar zamanı vücudun hər hansı bir hissəsinin forma və funksionallağı əvvəlki halına gətirilir. Cərrahi əməliyyatlarla birgə burda saç əkimi, dolğu və botoks ilə prosedurlar da tətbiq olunur. Rinoplastika, septoplastika, otoplastika, dodaq, yanaq, üz, göz qapağı, boyun dərisi estetik əməliyyatları son dərəcə mütəxəssis həkimlərimiz tərəfindən tamamilə ağrısız icra edilir. Bundan ziyadə, süd vəzinin böyüdülməsi, kiçildilməsi, formasının dəyişdirilməsi,  qarın dərisinin dartılması (Abdominoplastika), Gluteoplastika (Popo böyütmə), Liposaksiya (artıq piylərin aradan götürülməsi), Bədən konturlarının düzəldilməsi, Ayaq əyriliyinin düzəldilməsi, Lipofillinq, Rekonstruktiv çənə əməliyyatları, Dovşan dodaq əməliyyatı, Qurd ağız əməliyyatı, Çapıqların cərrahiyyəsi,Yanıq kontrakturlarının düzəldilməsi və s. Kimi əməliyyatlar son dərəcə peşəkarlıqla icra edilir.

 

- Ürək-damar sistemi naraharlıqları olan xəstələr üçün

 

İstanbul NS Klinika Kardiologiya şöbəsi ən müsair avadanlıqlarla təchiz olunub. Müasir tibbi metodika ilə ürək xəstəliklərinizin müalicəsi peşəkarlar tərəfindən həyata keçirilir.

Klinikamızda elektrokardioqrafiya (EKQ) vasitəsiylə üəyinizin fəaliyyəti qeydə alınır. Bu üsulla ürək əzələnizin və ürəyinizin sağlamlıq və funksional vəziyyəti öyrənilir.

EFOR test metodumuz vasitəsiylə koronar arteriya xəstəliyi aşkar edirilir. Xəstəliyin dərəcəsi müəyyən edilir.

Sutkadan artlq EKQ testinə ehtiyyac olan xəstələrimizə Holter EKQ tətbiq edilir.

Ürəyin forma və vəziyyətinin müəyyənləşdirilməsi üçün Rentgenoqrafiyadan istifadə edirik.

Exokardioqrafiya ilə ürəkdəki ritm pozğunluğu, ürək qapaq problemləriŞ ürək çatışmazlığı halları aşkar edilir. Bir zond ilə ürəyin qruluşu haqqında məlumat əldə edilir.

Skrinning üçün klinikmızda KT Koronar Angioqrafiya metodu tətbiq edilir.

Ürək kateterizasiyası ilə ürəkdən bipsiya alıbaraq ürəkdəki otaqların təzyiqi ölçülür.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı