Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə şəxsi görüşdən qorxur.
Modern.az xəbər verir ki, deputat bu barədə “Ria Novosti”yə danışıb.
Onun sözlərinə görə, Ukrayna prezidenti arxada çox şey deyə, videolarında qürrələnə bilər, amma şəxsi danışıqlar zamanı, Putinin gözlərinin içinə baxmaq vaxtı gələndə dərhal qorxur.
Deputat hesab edir ki, Zelenskinin G20 sammitində iştirakı faydasızdır, çünki orada Ukraynanın əsl ağaları - ABŞ və Britaniya hakimiyyət orqanları olacaq.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammitində iştirakının şərtini deyib. Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin konfransa gələrsə, səfəri ləğv edəcək.
Rusiya prezidenti Vladimir Putin oktyabrın sonunda G20 və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitlərinə səfərlə bağlı hələ qərar vermədiyini bildirib.