Modern.az

Teatrın işçilərinin maaşı 8 aydır verilmir? - Rəsmi açıqlama

Teatrın işçilərinin maaşı 8 aydır verilmir? - Rəsmi açıqlama

Aktual

4 Noyabr 2022, 11:56

"Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

 

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib:

 

"Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək".

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...