Modern.az

BMU komandaları bilik yarışının qalibi oldular - FOTOLAR

BMU komandaları bilik yarışının qalibi oldular - FOTOLAR

Aktual

4 Noyabr 2022, 12:20

Bakı Mühəndislik Universitetinin (BMU) iki tələbə komandası Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində “Şuşa ili”nə həsr edilən təhsil, informasiya texnologiyaları (İT) və mühəndislik üzrə bilik yarışlarının qalibi olub. İT bilik yarışı (proqramlaşdırma müsabiqəsi) kateqoriyası üzrə BMU-nun “Filtrsiz” (Rəşad Qasımlı, Nəsrullah Həmidli, İbrahim Məmmədov) komandası I yerə, “Tento” (Samir Nəsirov, Sübhan Tanrıverdiyev, Günay İbrahimova) komandası III yerə layiq görülüblər. Komandaların rəhbəri BMU-nun Mühəndislik fakültəsinin Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Əli Həsənovdur.

 

Modern.az xəbər verir ki, qaliblərin mükafatlandırma mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, BMU-nun rektoru Havar Məmmədov və nazirliyin digər rəsmi şəxsləri iştirak ediblər. 

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov SABAH qrupları çərçivəsində təşkil edilən bilik yarışlarını tələbələrin inkişafı, onların təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşməsi və peşəkar kadr kimi yetişmələrində mühüm addım kimi dəyərləndirib. Nazir müavini yüksəkixtisaslı mütəxəssis kimi formalaşmaq, sürətlə dəyişən əmək bazarında rəqabətədavamlılıq üçün tələbələrin bilik, bacarıq və müvafiq vərdişlərini daim inkişaf etdirməli olduqlarına diqqət çəkib, qaliblərə uğurlar arzulayıb.

 

Daha sonra qaliblərə hədiyyələr və sertifikatlar təqdim olunub. 

 

Bilik yarışları istedadlı tələbələrin aşkar edilməsi, tələbələrin elmi-yaradıcı təşəbbüslərinin artırılması, onların sağlam rəqabət şəraitində elmi araşdırma fəaliyyətinə təşviq edilməsi və müvafiq ixtisaslar üzrə müxtəlif ali təhsil müəssisələrinin SABAH qrupları tələbələrinin inteqrasiyası məqsədilə təşkil olunub. Müsabiqədə SABAH qrupları bakalavr pilləsində təhsil alan tələbələrdən (ADNSU, ADPU, AzTU, BDU, BEU, UNEC) təşkil olunmuş 75 komanda (hər komanda 3 tələbə və komanda rəhbəri-müəllimdən ibarət olub) iştirak edib və finala 24  komanda vəsiqə qazanıb. Müsabiqənin BMU-da keçirilən final mərhələsində finala çıxan komandalar iştirak edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı