İranda molla rejiminə qarşı aksiyalar səngimək bilmir. Ölkənin müxtəlif şəhərlərində hər gün nümayişlər keçirilir.
Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı bununla bağlı görüntülər yayıb.
Kadrlardan biri Fuladşəhr bölgəsindəndir. Videodan görünür ki, molla rejiminə qəzəbli etirazçılar İranın ali lideri Əli Xameneinin şəkli olan bannerə qumbara ataraq yandırır.
Digər görüntü Əlvənd şəhərindəndir. Burada da narazı əhalinin etirazlar zamanı SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin şəkli olan banneri yandırdıqları görünür.