İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün sosial media hesabından ABŞ prezidenti Co Baydenin açıqlamalarına reaksiya verib.
Modern.az xəbər verir ki, iranlı nazir bu barədə tvitterdə yazıb.
"İranda baş verən son hadisələrdə zorakılıq və terrorizmi təşviq edən Ağ Ev eyni vaxtda nüvə anlaşması üzərində işləyir", - nazir Əmir Abdullahian deyib.
Nazir Baydenə xitabən “ikiüzlü davranışınıza və İŞİD-i dəstəkləməyə son qoyun” deyib.
Xatırladaq ki, ABŞ prezidenti Bayden bugünkü açıqlamasında “narahat olmayın, biz İranı tezliklə azad edəcəyik” söyləməklə Tehran rəsmilərini hiddətləndirib.
Co Baydenin sözlərinə cavab verən prezident İbrahim Rəisi "İran 43 il əvvəl azadlığını əldə edib və bir daha ABŞ-ın əsarətinə düşmək istəmir. Biz heç vaxt sizin üçün sağmal inək olmayacağıq!” deyib.