Modern.az

Onlara Prezidentin fəxri diplomu verildi - SƏRƏNCAM

Onlara Prezidentin fəxri diplomu verildi - SƏRƏNCAM

Aktual

12 Noyabr 2022, 12:52

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, Ssərəncamda deyilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

 

İsayev Xəzər Ağali oğlu

 

Meftahəddinova Zemfira Əli qızı

 

Rəhimov Nazir Həzrətqulu oğlu

 

Şabanova Rəfiqə Mahmud qızı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?