Modern.az

Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda oldu

Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda oldu

Aktual

13 Noyabr 2022, 12:29

Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub.

 

Modern.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

 

Paylaşılan görüntülərdə bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alqı-satqı etdiyi iddia edilir.

 

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-a açıqlamasında faktı təsdiq edib.

 

O bildirib ki, təəssüf ki, mövcud vəziyyətlə bir müddətdir ki mübarizə aparmağa çalşırlar:

 

“Bəli, həqiqətən də xəstəxananın ərazisində bu hadisələr baş verir. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər etmişik. Yəqin ki, bir tədbir görülər. Baş verənlər Mərkəzin bütün heyətini, pasiyentləri, bir sözlə hər kəsi narahat edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?