G20 ölkələri nüvə silahından istifadəni və ya ondan istifadə təhlükəsini qəbuledilməz hesab edir.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times” G20 ölkələri sammitinin kommünike layihəsinə istinadən yazıb.
“Nüvə silahından istifadə və ya istifadə təhlükəsi qəbuledilməzdir”, - kommünike layihəsində deyilir.
Bildirilir ki, münaqişələrin sülh yolu ilə həlli, böhranların həlli üçün səylər, diplomatiya və dialoq həyati əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bu gün İndoneziyanın Bali adasında G20 ölkələrinin ikigünlük sammiti başlayıb.