Modern.az

Ermənistanın keçmiş baş nazirini qızına görə qınadılar

Ermənistanın keçmiş baş nazirini qızına görə qınadılar

Aktual

15 Noyabr 2022, 09:54

Ermənistanın keçmiş baş naziri Vazgen Manukyanın ortancıl qızı yaşıl kart qazanaraq ABŞ-a köçüb.


Modern.az-ın məlumatına görə, Ermənstan mediası bu xəbəri tirajlamaqla Vazgen Manukyanı qınaq obyektinə çevirib.


Ölkənin ilk baş naziri, eyni zamanda Vətənin Xilaskarlığı Hərəkatının liderlərindən biri, müxalifətin vacib dövlət postuna namizədi olan şəxsin ailə üzvünün Ermənistanı tərk etməsi biabırçılıq kimi qiymətləndirilib.


Xəbəri mediaya təsdiqləyən Vazgen Manukyan qızının ABŞ-a daimi yaşamaq üçün köçmədiyini söyləsə də, bu, onu ictimai qınaqdan yayındırmayıb.


“Bəli, o, ABŞ-a gedib, amma 6 aydan sonra, apreldə Ermənistana qayıdacaq”,  - deyən Manukyanın bu açıqlamasına Ermənistanda inananlar olmayıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?