Modern.az

Stilisti öldürən şəxsə hökm oxundu - 17 il

Stilisti öldürən şəxsə hökm oxundu - 17 il

Aktual

15 Noyabr 2022, 12:43

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda stilisti qətlə yetiməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Modern.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

 

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

 

Məhkəmənin hökmü ilə P.Həsənov 17 il azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.

 

1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri alaraq qətlə yetirilib.

 

İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcələssinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...