Modern.az

Müttəfiqimizi qətiyyətlə dəstəkləyirik - Çexiyadan açıqlama 

Müttəfiqimizi qətiyyətlə dəstəkləyirik - Çexiyadan açıqlama 

Aktual

16 Noyabr 2022, 00:09

Əgər Polşa raketlərin onun ərazisinə düşdüyünü təsdiqləsə, bu, Rusiya ilə münasibətləri daha da gərginləşdirəcək.

 

Modern.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Peter Finala özünün "Twitter" hesabında yazıb.

 

"Biz Avropa İttifaqı və NATO müttəfiqimizi qətiyyətlə dəstəkləyirik", - deyə Baş nazir bildirib.

 

Çexiya müdafiə naziri Yana Çerniqov isə qeyd edib ki, Polşa ərazisinə raket düşməsinin səhvən, yoxsa qəsdən olub-olmadığı araşdırılır: "Bütün tərəflər indi hansı növ raketdən istifadə etdiyini aşkarlamaq üçün araşdırma aparır".

 

Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır