Modern.az

Müdafiə naziri NATO rəhbərinə zəng vurdu - Polşa olayı

Müdafiə naziri NATO rəhbərinə zəng vurdu - Polşa olayı

Aktual

16 Noyabr 2022, 00:40

Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovnitski və NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin mətbuat katibi Bertalan Xavaşi bildirib.

 

Onun sözlərinə görə, telefon danışığında Polşaya raket düşməsi məsələsi müzakirə olunub.

 

Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir. Hadisədən sonra Polşanın Baş naziri Mateuş Moravetski Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?