Modern.az

"Nant" "Qarabağ"la oyunda baş verənlərə görə CƏZALANDIRILDI

Aktual

16 Noyabr 2022, 08:10

UEFA Fransanın "Nant" klubunu cəzalandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib. Buna səbəb "Nant" azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la matçındakı hərəkətləri olub.

 

Klub ev oyununda "Bojuar" stadionunda ictimai keçid yollarının bağlanmasına görə 12 min avro, atəşfəşanlığa görə isə 30 min avro cərimələnib.

 

Bundan əlavə, təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün də əlavə xəbərdarlıq edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...