Modern.az

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı AÇIQLANDI

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı AÇIQLANDI

Aktual

16 Noyabr 2022, 09:19

Bu il Azərbaycandan Türkiyəyə gedən tələbələrin ümumi sayı 28 500 nəfəri ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, tələbələr İstanbul, Ankara, İzmir, Bursa və Əskişəhər başda olmaqla Türkiyənin 50-yə yaxın vilayətinin universitetlərində təhsillərini davam etdirirlər.

 

“Onlar tibb, mühəndislik, biznes-iqtisadiyyat, iqtisadiyyat, ingilis dili, türk dili ədəbiyyatı kimi bir çox sahədə təhsil alır, bəziləri isə magistratura və doktorantura təhsillərini davam etdirirlər”, - deyə məlumatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?