Modern.az

Gömrük Akademiyası qırğız həmkarlarına təlimlər təşkil edir

Gömrük Akademiyası qırğız həmkarlarına təlimlər təşkil edir

Aktual

16 Noyabr 2022, 02:23

Dövlət Gömrük Komitəsinin Akademiyası Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün təlimlərə başlayıb. Təlimlər Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) ilə Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında imzalanmış “Kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında” Protokola əsasən keçirilir.

 

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a bildirilib ki, ilk təlimlər “Gömrük nəzarətinin səmərəli həyata keçirilməsi üsulları” mövzusunda təşkil edilib və Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən prosedurlar və əməliyyatlar mövzusuna həsr olunub.

 

Təlimdə DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərhəddə prosedurların tətbiqi və monitorinqi şöbəsinin baş inspektoru Emin İsmayılov Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən prosedurlar və əməliyyatlar, o cümlədən mal və nəqliyyat vasitələrinin qeydiyyatının “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi haqqında təqdimatla çıxış edərək təlim iştirakçılarına ətraflı məlumat verib.

 

Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün “Gömrük nəzarətinin səmərəli həyata keçirilməsi üsulları” mövzusu üzrə praktiki təlimlər noyabrın 18-dək onlayn formatda davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?