Modern.az

Ərdoğan: "Rusiyanın açıqlamasına hörmət etməliyəm”

Ərdoğan:

Aktual

16 Noyabr 2022, 10:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Polşaya düşən raketlərlə bağlı jurnalistlərin sualına cavab verib.

Modern.az xəbər verir ki, Ərdoğan "Rusiyanın açıqlamasına hörmət etməliyəm” deyib:

“Rusiyanın "Bu işin bizimlə heç bir əlaqəsi yoxdur" deməsi bizim üçün vacibdir. Baydenin raketlərin Rusiya istehsalı olmadığını deməsi onların Rusiya ilə heç bir əlaqəsi olmadığını göstərir. Məsələnin araşdırılması vacibdir”.

Qeyd edək ki, dünən axşam saatlarında Polşanın Ukrayna ilə sərhədindəki kəndə raket atılıb və 2 dinc sakin həlak olub.

ABŞ-dan verilən yeni açıqlamada raketin Kiyevin Rusiya raketlərini vurmaq üçün atdığı raketlərdən biri olduğu bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?