Modern.az

Suqovuşan su anbarına balıq körpələri buraxıldı

Suqovuşan su anbarına balıq körpələri buraxıldı

Aktual

16 Noyabr 2022, 11:18

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə 200 000 çəkikimi balıq körpəsi Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına buraxılıb.

 

Modern.az-ın xəbərinə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 400 000-dən çox çəkikimi, 8000 qızılxallı forel körpəsi buraxılıb:

 

“Balıq ehtiyatlarının artırılması məqsədilə təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?