Modern.az

Hacıqabulda növbəti səyyar qəbul keçirilib

Hacıqabulda növbəti səyyar qəbul keçirilib

Aktual

16 Noyabr 2022, 12:26

Noyabrın 16-da Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhəri Ə.Vahid, və H.Həmidov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bir qrup sakinlər iştirak edib.

 

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.

 

İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi nəzərdə tutulub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?