Modern.az

Britaniya və Kanada baş nazirləri Rusiyanı günahlandırdılar

Britaniya və Kanada baş nazirləri Rusiyanı günahlandırdılar

Aktual

16 Noyabr 2022, 13:20

Böyük Britaniya və Kanadanın baş nazirləri Rişi Sunak və Castin Trüdo Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətdə bildiriblər ki, Polşada baş verən raket insidentinə görə Rusiya günahkardır.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya hökumətinin saytında dərc olunan bəyanatda belə deyilir.


“Onlar vurğuladılar ki, bu işlə bağlı təhqiqatın nəticələrindən asılı olmayaraq, davam edən zorakılığa görə Rusiya günahkardır”.

Noyabrın 15-də axşam Polşa mediası iki raketin Polşa ərazisinə düşdüyünü - Ukrayna ilə sərhəddəki Lyublin voyevodalığında iki nəfərin həlak olduğunu bildirib. Polşa Xarici İşlər Nazirliyi raketin Rusiya istehsalı olduğunu bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...