Modern.az

Qarabağ separatçılarının keçmiş komandanı qəzaya uğradı

Qarabağ separatçılarının keçmiş komandanı qəzaya uğradı

Aktual

16 Noyabr 2022, 15:52

İrəvanda Qarabağ separatçılarının "Müdafiə ordusunun" keçmiş komandanı Levon Mnatsakanyanın iştirakı ilə baş verən qəzada bir nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, Shamshyan.com saytının məlumatına görə, qəza çərşənbə günü günorta saatlarında Saralanci küçəsində baş verib.


Gürcüstan dövlət nömrə nişanlı “Toyota Camry” Mnatsakanyanın idarə etdiyi “Toyota Land Cruiser” avtomobili ilə toqquşub.


O, zərərçəkənə ilkin tibbi yardımı şəxsən göstərib, sonra xəstəxanaya çatdırılıb, “Qarabağ ordusu”nun keçmiş komandir müavini Samvel Karapetyan (Oqanovski) də qəza yerində olub.


Polis qəza faktı ilə bağlı iş qaldırıb. Hüquq-mühafizə orqanları zərərçəkənin və ikinci avtomobilin sürücüsünün şəxsiyyətini müəyyənləşdirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır