Kişilər sağlamlığını qorumaq üçün qoz-fındıq, tərəvəz, mal qaraciyəri yeməli, spirt və şəkərdən imtina etməlidirlər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu məşhur uroloq Sergey Qromov bildirib.
O, pəhrizə daxil edilməli olan bu və digər qidaları sadalayıb.
Qromovun fikrincə, kişinin qida rasionunda heyvan və bitki mənşəli zülallar olmalıdır: quş əti, balıq, paxlalılar və dənli bitkilər, həmçinin sinklə zəngin qidalar - dəniz məhsulları, qoz-fındıq, balqabaq tumu, küncüt.
"Bir ovuc balqabaq tumu və ya qoz-fındıq gündəlik sink qəbulunu ehtiva edə bilər. Malın qaraciyəri, kakao tozu, sərt pendir də sinklə zəngindir. Sink prostatın normal fəaliyyətində, kişi hormonunun – testosteronun, insulin və böyümə hormonunun istehsalında mühüm rol oynayır”, - Qromov bildirib.
Həkim kişilər üçün faydalı olan A və E vitaminlərinə də diqqət etməyi məsləhət görüb. Onlar daha çox bitki yağlarında, qoz-fındıq və toxumlarda var. Uroloq qeyd edib ki, pəhrizdə mütləq enerji mənbəyi kimi kompleks karbohidratlar olmalıdır: tam taxıllar, paxlalılar, tərəvəzlər və meyvələr.
Uroloq xəbərdarlıq edib ki, şəkərdəm imtina olunmalıdır.
"Onu bir çox məhsullar hazırlayanda əlavə edirlər, hətta suxarı, duzlu kraker və s.-də. Fast food, kim bilir nədən hazırlanan kolbasa və yarımfabrikatları unudun. Bu, piylənməyə və 2-ci tip diabetə aparan yoldur. Alkoqol və tütündən imtina edin, daha tez-tez idmanla məşğul olun”, - deyə həkim vurğulayıb.