Modern.az

“Putin uşaqları və qadınları vurur, bu barbarlıqdır” - Bayden

“Putin uşaqları və qadınları vurur, bu barbarlıqdır” - Bayden

Aktual

16 Noyabr 2022, 17:14

“Putin mülki hədəfləri, uşaqları və qadınları vurur, bu barbarlıqdır”.
 

Modern.az xəbər verir ki, Ağ Evin məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden Balidə keçirilən G20 sammiti çərçivəsində Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşü zamanı deyib.
 

“Biz NATO üzrə tərəfdaşlarımız və G7 liderləri ilə Rusiyanın bu yaxınlarda Kiyevə və Ukraynanın qərbinə endirdiyi raket zərbələri ilə bağlı müzakirə apardıq. Baş verənlər qəddarlıqdır. Balidəki dünya liderləri qlobal sülhə doğru irəliləyiş əldə etməyə çalışarkən, Putin mülki hədəfləri, uşaqları və qadınları hədəf alır. Rusiya müharibəni dayandıra bilər və bunu etməlidir. Əgər istəsələr, sabah da dayandıra bilərdilər”, - Bayden əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?