Modern.az

Ermənistanın bəyanatları sülh gündəliyinə mənfi təsir göstərir

Ermənistanın bəyanatları sülh gündəliyinə mənfi təsir göstərir

Aktual

16 Noyabr 2022, 18:44

Prezident İlham Əliyev dövlət katibi Antoni Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini bildirib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

 

Dövlət başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?