Modern.az

Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü DAYANDIRDI

Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü DAYANDIRDI

Aktual

17 Noyabr 2022, 09:04

Beynəlxalq Paralimpiya Komitəsinin Berlində keçirilən növbədənkənar Baş Assambleyasında Rusiya Paralimpiya Komitəsinin təşkilata üzvlüyünü dayandırıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

Qərarın lehinə 64 nümayəndə, əleyhinə 39 səs verib, 16 üzv bitərəf qalıb.

 

“Berlində keçirilən Fövqəladə Baş Assambleyada Beynəlxalq Paralimpiya Komitəsi üzvləri qurumun nizamnaməsinə uyğun olaraq üzvlük öhdəliklərini yerinə yetirə bilmədiyi üçün Rusiya Paralimpiya Komitəsinin fəaliyyətinin dərhal dayandırılması təklifinin lehinə səs verdilər. Bununla bağlı Rusiya Paralimpiya Komitəsi apellyasiya hüququ istisna olmaqla, Beynəlxalq Paralimpiya Komitəsinə üzvlük hüququnu itirir.

 

Apellyasiya şikayəti müsbət nəticə vermədikdə, üzvlüyə dayandırmanı yalnız Baş Assambleya ləğv edə bilər. Assambleyanın növbəti ümumi yığıncağı çox güman ki, 2023-cü ilin dördüncü rübündə baş tutacaq”, - məlumatda qeyd olunub.

 

Beynəlxalq Paralimpiya Komitəsi həmçinin çərşənbə günü Belarus Paralimpiya Komitəsinin öhdəliklərini yerinə yetirə bilmədiyi üçün üzvlüyünü dayandırıb. Qərarın lehinə 54 nümayəndə, əleyhinə 45 səs verib, 14 üzv bitərəf qalıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?