Modern.az

Ali Məhkəmə hakiminin səlahiyyətlərinə xitam verildi - FOTO

Ali Məhkəmə hakiminin səlahiyyətlərinə xitam verildi - FOTO

Aktual

17 Noyabr 2022, 10:18

Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verilib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib.

 

O qeyd edib ki, hakimlik səlahiyyətinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq Ali Məhkəmənin Mülki kollegiyasının hakimi İlqar Xələfovun səlahiyyətlərinə xitam verilib.

 

Xatırladaq ki, İ.Xələfov 1957-ci ildə anadan olub. O, 2013-cü ildən Ali Məhkəmənin hakimi vəzifəsində çalışırdı.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?