Modern.az

Bu şəxslərin maaşları artırılsın! - TƏKLİF

Bu şəxslərin maaşları artırılsın! - TƏKLİF

Aktual

17 Noyabr 2022, 11:42

Rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarının maaşlarının artırılması təklif edilib.

 

Modern.az xəbər verir ki, bu təkliflə deputat Elşad Mirbəşiroğlu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

 

“Rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarının maaşları aşağıdır. Bildiyiniz kimi, rayonlarda mərkəzlər Mədəniyyət Nazirliyinə tabedir. Bu mərkəzlərin Bakıdakı mərkəzlə birgə işləməsini, maaşlarının artırılmasını təklif edirəm. Bu kimi mərkəzlər rayonlarda əhalinin mədəni rifahının artırılması üçün vacibdir. Ona görə həmin mərkəzlərə diqqət yetirilməsi önəmlidir”, - deyə deputat vurğulayıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?