Modern.az

Şəmkirdə yol kənarında kişi meyiti tapıldı

Şəmkirdə yol kənarında kişi meyiti tapıldı

Aktual

17 Noyabr 2022, 13:02

Bu gün səhər saatlarında Şəmkir rayon Yeni Həyat kənd yolunda naməlum kişi meyiti olması barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirib ki, dərhal şöbə əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində meyitin 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Yalçın Məmmədov olması və ilkin tibbi ekspertiza rəyinə əsasən avtomobil vurması nəticəsində ölməsi müəyyən olunub.

 

Hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?