Modern.az

Azərbaycanda kibertəhlükəsizlik mərkəzi açılacaq

Azərbaycanda kibertəhlükəsizlik mərkəzi açılacaq

Aktual

17 Noyabr 2022, 13:28

Azərbaycanda İsrailin dəstəyi ilə kibertəhlükəsizlik mərkəzi açılacaq.

 

Modern.az-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İnvestisiyalar və gənc sahibkarlıq forumunda deyib.

 

Onun sözlərinə görə, mərkəz yaxın zamanlarda fəaliyyətə başlayacaq.

 

"Kibertəhlükəsizlik mərkəzi İsrail universiteti ilə saziş əsasında yaradılır. İnformasiya texnologiyaları sahəsində reallaşdırdığımız vacib layihələrdən biri kibertəhlükəsizliklə bağlıdır. Bu layihə çərçivəsində həm ümumilikdə ölkənin, həm də kiçik və orta sahibkarlığın özəl subyektlərinin kibertəhlükəsizliyindən söhbət gedir", - nazir çıxışında qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?