Modern.az

Mühəndislik Universiteti ilə TKTA arasında müqavilə imzalandı

Mühəndislik Universiteti ilə TKTA arasında müqavilə imzalandı

Aktual

18 Noyabr 2022, 10:02

Bakı Mühəndislik Universiteti (BMU) ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında təlim xidmətlərinin göstərilməsi haqqında əməkdaşlıq müqaviləsi bağlanıb. Sənədi universitetin rektoru, professor Havar Məmmədov və TKTA sədri Ülkər Səttarova imzalayıblar.

 

Modern.az xəbər verir ki, müqaviləyə əsasən, TKTA tərəfindən “Təhsil müəssisələrinin akkkreditasiya qaydaları”, “Ali təhsil müəssisəsinin institusional akkkreditasiyası üzrə qiymətləndirmə Meyarları”, “İnstitusional akkkreditasiya zamanı özünü təhlilin aparılması və hesabatın tərtibi qayaları” kimi təlim xidmətləri göstəriləcək. Eyni zamanda, universitet adıçəkilən qurumdan “Ali təhsil müəssisəində daxili keyfiyyət təminatı mexanizmləri”, “Ali təhsil müəssisəsinin strateji planlaması və idarəedilməsi” xidmətləri üzrə dəstək alacaq.  

 

Növbəti həftədən müqavilə üzrə nəzərdə tutulan xidmətlərin həyata keçirilməsinə, o cümlədən universitetin struktur rəhbərləri, professor-müəllim heyəti üçün təlimlərin təşkilinə start veriləcək. 

 

Məlumat üçün bildirək ki, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması, inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq, bu yöndə təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?