Modern.az

RBK Vardanyandan müsahibə aldı, yayımlamaqdan imtina etdi

RBK Vardanyandan müsahibə aldı, yayımlamaqdan imtina etdi

Aktual

18 Noyabr 2022, 12:37

Rusiyanın RBK telekanalı jurnalist İlya Doronovun Qarabağ separatçılarının qondarma “dövlət naziri”, milyarder Ruben Vardanyanla hazırladığı müsahibəni yayımlamayıb.

Modern.az xəbər verir ki, buna səbəb kimi Azərbaycanın telekanala iradları göstərilib.

“İlya Ermənistana xüsusi olaraq bu müsahibə üçün səfər edib, söhbət lentə alınıb və elan edilib, lakin RBK onu yayımlamaqdan imtina edib”, deyə Vardanyan özünün qeyri-rəsmi Teleqram kanalında yaydığı mesajda bildirib. O, RBK rəhbərliyinin bu addımını qınayıb.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?