Modern.az

İran Zəngəzurda həm konsulluq açır, həm də iqtisadi varlığını yaradır

İran Zəngəzurda həm konsulluq açır, həm də iqtisadi varlığını yaradır

Aktual

18 Noyabr 2022, 12:54

İran tərəfi Ermənistanın Zəngəzur bölgəsində bütün sahələrə maraq göstərir. Tehran Qafan şəhərində konsulluq açmaqla yanaşı, həm də iqtisadi mövcudluğunu yaratmağa çalışır. Məlumatlara görə, İran tərəfindən olan iş adamları Qafandakı bazarın sahibi ilə uzunmüddətli icarə müqaviləsi bağlayıb və Qafanın “Həyat Evi” ticarət mərkəzi  icarəyə götürülüb.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
 

“Qafanda hamı bilir ki, “Həyat Evi”nin sahibi Gorusdandır, Sünikin keçmiş qubernatoru Edik Barseqyandır", - deyə məlumatda qeyd edilib.
 

Məlumata görə, Edik Barseqyanın Zəngəzurda tikdirdiyi bir neçə yaşayış evi iranlılara kirayə verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?