İsveçdə müstəntiqlər belə qənaətə gəliblər ki, “Şimal axını” qaz kəmərlərinə ziyan vuran partlayışlar təxribatın nəticəsidir.
Modern.az xəbər verir ki, bu barədə "The İndependent" nəşri məlumat yayıb.
İsveç prokurorluğunun yaydığı məlumatda qeyd olunub: "Aparılan təhlillər aşkar edilmiş bir neçə obyektdə partlayıcı maddələrin izlərini göstərir".
Rəsmi məlumatda bildirilib ki, boru kəmərinin zədələnməsinin yaxınlığındakı tapıntılar təxribat faktını təsdiqləyir.
Qeyd edək ki, “Şimal axını” qaz kəmərlərinə edilən hücumlarda Kreml günahlandırılırdı.