Modern.az

Xəzərdə monitorinqlər başa çatdı - FOTO

Xəzərdə monitorinqlər başa çatdı - FOTO

Aktual

18 Noyabr 2022, 14:32

Xəzər dənizinin Azərbaycan sektorunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə keçirilən  monitorinqlər başa çatıb, Xəzər dənizinin hidrobioloji və hidrokimyəvi vəziyyəti öyrənilib.

 

Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Modern.az-a bildirib ki, ekspedisiya qrupu yerli və xarici şirkətlərin neft-qazçıxarma müəssisələrinə aid özül və platformalar ətrafında, eyni zamanda Cənub-Şərqi Qoltuk, Kür dili və Lənkəran məntəqələrində  tədqiqatlar aparıb. 

 

“Monitorinqlər zamanı 19 məntəqə üzrə  su, zooplankton, bentos və dib çöküntüsü olmaqla, 208 nümunə götürülüb, hidrometeroloji ölçmələr aparılıb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti təhlil edilib, quşların miqrasiyasının vizual müşahidəsi keçirilib, su bioloji resurlarının ehtiyatları öyrənilib”.

 

Xəzər dənizindəki monitorinqlər başa çatıb - FOTOXəzər dənizindəki monitorinqlər başa çatıb - FOTOXəzər dənizindəki monitorinqlər başa çatıb - FOTO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?