Modern.az

Finlandiyada ruslara məxsus təyyarələr müsadirə edilib

Finlandiyada ruslara məxsus təyyarələr müsadirə edilib

Aktual

18 Noyabr 2022, 15:12

Finlandiyanın hüquq-mühafizə orqanları rusiyalılara məxsus üç şəxsi təyyarəni müsadirə edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna “Polar Aviation Oy” kompaniyasının idarə etdiyi təyyarələrin Avropa İttifaqı və ABŞ-ın sanksiya siyahısına salınmış Rusiya vətəndaşlarına aid olması, habelə onlar tərəfindən istifadə edilməsi ilə bağlı şübhələr səbəb olub.

 

Finlandiya kompaniyası sanksiya siyahısına daxil olan şəxslərə xidmət göstərmədiyini bildirib.

 

2022-ci ilin fevral ayından bəri Finlandiyanın hüquq-mühafizə orqanları Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində əmlak müsadirəsi üzrə 187 prosedur həyata keçirib. Müsadirə edilən aktivlərin dəyəri 191 milyon avro (təxminən 198 milyon dollar) həcmində qiymətləndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?