Modern.az

Xaçınçaya 200 min balıq körpəsi buraxıldı

Xaçınçaya 200 min balıq körpəsi buraxıldı

Aktual

18 Noyabr 2022, 22:19

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonu ərazisində keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına çəkikimilərdən 200 000 ədəd balıq körpəsi buraxılıb.

 

“Bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 600 000-dən çox çəkikimi, 8000 qızılxallı forel körpəsi buraxılıb”, - deyə Firuddin Əliyev qeyd edib.

 

Xidmət rəisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında bütün balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına dəstək verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərkətlərdən, əsasən də qanunsuz balıq ovundan çəkinməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?