Bu gün 20 saylı məktəb-liseyin 6-cı sinif şagirdləri direktor müavini Mətanət Əhmədovanın rəhbərliyi ilə Dirçəliş günü münasibəti ilə İkinci Fəxri Xiyabanda olublar.
Orada Azərbaycanının Milli Qəhrəmanları general-mayor Polad Həşimovun, Mübariz İbrahimovun və İkinci Qarabaq müharibəsi zamanı şəhid olmuş digər vətən oğullarının məzarını ziyarət ediblər.
Ziyarətin məqsədi şagirdlərə tariximizi, Milli Qəhrəmanlarımızı tanıtmaq, onların xatirəsini daim böyük ehtiramla yad etməkdən ibarət olub. Şagirdlər, müəllimlər və valideynlər şəhidlərimizin əziz xatirəsini bir diqiqəlik sükutla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Məktəblilər vətənə, onun bütövlüyü uğrunda canlarından keçən şəhidlərə aid şeirlər söyləyib, “Şuşa Qarabağın tacıdır!”,"Qarabağ Azərbaycandır!", “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndiriblər.
Şagirdlər daha sonra İncəsənət muzeyini də ziyarət edərək, tarixi uzaq keçmişlərə gedən Azərbaycanda qədim sənət əsərləri, incəsənətin inkişaf yolları və bu günə gəlib çatan nümunələri ilə yaxından tanış olublar. Azərbaycanın qədim tarixi adət-ənənələri, incəsənət nümunələri şagirdlərin böyük marağına səbəb olub, onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.