Şimali Koreya lideri Kim Çen In ilk dəfə kiçik qızı ilə ictimaiyyət qarşısına çıxıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni tipli qitələrarası ballistik raketin orbitə buraxılması mərasiminə qızını da gətirib.
Mərasimi qızının əlindən tutaraq seyr edən Şimali Koreya liderinin görüntülərini Koreya Mərkəzi Xəbər Agentliyi yayımlayıb. Agentlik yeni raketin “Hwasong-17” olduğunu, Pxenyan Beynəlxalq Hava Limanından buraxıldığını və 999,2 kilometr (621 mil) məsafədə uçduğunu bildirib.
Qeyd edək ki, Kim Çen Inın qızının adının Ju Ae olduğu deyilir. Onun təxminən 12-13 yaşı var.




