Modern.az

Yeni doğulan uşağı göstərmədilər - Ata intihar etdi

Yeni doğulan uşağı göstərmədilər - Ata intihar etdi

Aktual

21 Noyabr 2022, 10:05

Bakıda özünü yandıran kişi ölüb.

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Nardaran qəsəbəsində qeydə alınıb. 34 yaşlı Hacıyev Əfqan Xanlar oğlu yaşadığı evdə benzin tökərək özünü yandırıb.

 

O, dərhal xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, Ə.Hacıyev xəstəxanada dünyasını dəyişib.

 

İlkin ehtimala görə, Əfqanın yeni körpəsi doğulub. Lakin uşağı ona göstərməyiblər. O da bu səbəbdən özünü yandırıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırmadan sonra bilinəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?