Modern.az

DİN tanınmış şəxsin oğlunun ölümü barədə məlumat YAYDI

DİN tanınmış şəxsin oğlunun ölümü barədə məlumat YAYDI

Aktual

21 Noyabr 2022, 10:30

Bakıda ölümlə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 20-də saat 5 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini X.Əsədli sərxoş vəziyyətdə idarə etdiyi “BMW” markalı avtomobili maneəyə vurub. Nəticədə sərnişini olan avtomobilin sahibi, paytaxt sakini Nurlan Mənsimli hadisə yerində ölüb.

 

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Qeyd edək ki, vəfat edən 28 yaşlı N.Mənsimli, tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun oğludur. Mirzəxan Mənsimov həm də "İqlim" MMC şirkətinin rəhbəridir.

 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?