Modern.az

Sürücü oğlanı döydü, telefon və qızılını oğurladı

Sürücü oğlanı döydü, telefon və qızılını oğurladı

Aktual

21 Noyabr 2022, 11:34

Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə noyabrın 18-də saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində “Hyundai” markalı bir avtomobilin sürücüsünün Bakı şəhər sakini Ə.Nəcəfovu döyüb mobil telefonunu və qızıl bilərziyini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Samir Rzazadə müəyyən edilərək saxlanılıb. 

 

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!