Modern.az

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni VARİANTI

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni VARİANTI

Aktual

21 Noyabr 2022, 11:19

Xəbər verildiyi kimi, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanıb.

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.

 

Bu dinləmələrdə və ictimai müzakirələrdə qanun layihəsi ilə bağlı verilən təkliflər, səslənən fikirlər, qeydlər nəzərə alınmaqla qanun layihəsinin yenilənmiş variantı Milli Məclisin internet səhifəsinə yerləşdirilib.

 

Qanun layihəsinin yenilənmiş variantı ilə aşağıda göstərilən keçiddən istifadə edərək tanış olmaq olar.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?